Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:38

Bəzi ərzaq məhsulları 18 faiz bahalanıb


arxiv
arxiv

Bu ilin ilk 6 ayında ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri bahalanıb. Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, 2016-cı ilin müvafiq dövrünə nisbətən istehlak məhsulları və xidmətlər bütünlükdə 13,9 faiz bahalanıb.

Bu sırada ərzaq məhsullarının18 faiz, qeyri-ərzaq məhsullarının 12 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərinsə 9 faiz bahalandığı bildirilir.

Bu ilin iyununda maya nisbətən istehlak məhsullarının və xidmətlərin 1 faiz, o cümlədən ərzaq məhsullarının 2,5 faiz ucuzlaşdığı, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin 0,1 faiz bahalandığı qeyd olunur.

Buna da bax: Yoxsulluq səviyyəsi ABŞ-da 11% olanda, Azərbaycanda niyə 5%-dir?

Bu məhsullar ucuzlaşıb

Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, pasterizə olunmamış üzlü südün, çay və qəhvənin, mineral sular və bulaq suyunun, şəkər və şəkər tozunun, kartofun, şirin bibərin, pomidorun, xiyarın, çiyələyin, əriyin, alçanın, gilasın, tütün məmulatlarının qiymətlərinin ucuzlaşdığı deyilir.

Bunlar isə bahalanıb

Kərə və zeytun yağlarının, kolbasa məmulatlarının, yumurtanın, almanın, limonun, soğanın, çuğundurun, göyərtinin qiymətlərində isə bahalanma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG