Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:52

Tbilisidə Fərman Ceyranlının məhkəməsi başlayıb


Fərman Ceyranlı

İyulun 12-də Tbilisi şəhər Məhkəməsində Gürcüstanda həbs olunan azərbaycanlı cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Proseslə bağlı AzadlıqRadiosuna cərrahın vəkilləri məlumat verib.

F.Ceyranlının hüquqlarını Gela Nikolashvili-nin rəhbərlik etdiyi vəkil heyəti müdafiə edir.

Vəkillər məhkəmə qarşısında F.Ceyranlının ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar. Vəsatət rədd edilib.

Məhkəmə vəsatətin rədd edilməsini cərrahın qaça bilmə ehtimalının olması ilə izah edib.

Proses iyulun 25-də davam etdiriləcək.

XATIRLATMA

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lanset» klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG