Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 01:35

Bakıdan iki dəfə böyük aysberq Antarktidadan qopdu


Antarctica, Larsen C-dən qopan aysberq, uzunluğu 175 km

Antaraktida buzlağından qopan nəhən aysberq şimala doğru hərəkət edir.

Ərazisi 5800 kvadrat kilometr olan bu aysberq Bakı şəhərindən təxminən 2 dəfə böyükdür. O, Larsen buzlağından iyulun10-12- arası qopub.

Uzunluğu 175 kilometr, eni isə təxminən 50 kilometr olan bu aysberq son 30 ildə müşahidə olunan ən böyük aysberqlərdən biridir.

Çəkisi trillion tondan artıq, suyu isə ABŞ-ın Eri gölünün həcmindən iki dəfə böyükdür.

Alimlərin sözlərinə görə aysberq qlobal iqlim dəyişikliyi ilə bağlı deyil və dənizin səviyyəsinə təsir göstərməyəcək, çünki buzlaqın özü artıq üzür.

Amma alimlər hesab edir ki, bu buzlağın qalan hissəsinin də çökməsinə səbəb ola bilər.

Tədqiqatçılar deyir ki, əgər Larsen buzlağındakı aysberqlər qopub dənizə axsalar okeanın səviyyəsi təxminən 10 sm qalxa bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG