Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 15:33

İyulun 14-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Bu haqda Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.

İmtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində - 66 binada təşkil olunacaq.

İmtahanlarda 34 min 41 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17 min 888 abituriyent ikinci, 16 min 153 abituriyent isə üçüncü qrup üzrə imtahan verəcək.

Abituriyentlərin 31 min 37 nəfəri Azərbaycan, 3004 nəfər isə rus bölməsinin məzunudur.

İmtahan verənlərin 15 min 407 nəfəri oğlan, 18 min 634 nəfəri isə qızlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG