Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:19

ABŞ prezidenti Donald Trump Fransaya gedir


Donald Trump

ABŞ prezidenti Donald Trump-ın Fransaya ikigünlük səfəri başlayır.

Trump və xanımı Melaniya Parisə iyulun 13-də çatacaqlar, ertəsi günsə Bastiliya qalasının alınmasının növbəti ildönümü ilə bağlı təntənəli mərasimə qatılacaqıar.

Bu barədə Azadlıq Radiosu Ağ evə istinadla xəbər verir.

Donald Trump həmçinin fransalı həmkarı Emmanuel Macronla ayrıca danışıqlar aparacaq.

Əsasən Suriya müharibəsi və terrorçuluqla qlobal mübarizə məsələsi müzakirə olunacaq.

Macron ötən ay telefon söhbəti zamanı Trump-ı Parisə-Bastiliya qalasının alınmasının ildönümünü qeyd etməyə dəvət edib.

Fransanın bu milli bayramı ilə yanaşaı həmçinin bu il ABŞ-ın Birinci dünya müharibəsinə qoşulmasının 100 illiyi qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG