Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 11:02

“Green House” istirahət mərkəzinin müdiri saxlanılıb


arxiv

Hovuzda çimərkən elektrik vurması nəticəsində iki nəfərin öldüyü “Green House” istirahət mərkəzində baş verənlərə görə otel müdiri Elxan Həsənov saxlanılıb. Bu haqda xəbəri Baş Prokurorluq yayıb.

Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluğun açıqlamasına görə, araşdırma zamanı Elxan Həsənovun işə “vicdansız münasibəti” nəticəsində xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi aşkar edilib. İstirahət mərkəzində elektirk qurğularının quraşdırılması, elektirk enerjisindən istifadə və qaydalarının “kobud şəkildə” pozulduğu bildirilir.

İyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində hovuzda çimən Emil Adıgözəlov və Gülhüseyn Quliyev elektrik cərəyanı vurması nəticəsində ölmüş, Zaur Əliyev və Eltəkin Ömərov xəsarət almışdılar.

Bununla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG