Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:16

ABŞ ballistik raketləri vuran sistemi sınaqdan keçirir


THAAD

ABŞ-ın Raketdən Müdafiə Agentliyi iyulun 11-də bildirib ki, Alyaskada THAAD sistemini uğurla sınaqdan keçirib. THAAD ölkənin ballistik raketdən müdafiə sisteminə daxildir.

Air Force C-17 aralıq mənzilli ballistik raket formasında olan hədəfi iyulun 10-da gecə Sakit Okean üzərində, Havay adalarından şimalda buraxıb.

Kodiakda yerləşdirilmiş THAAD sistemi hədəfi aşkarlayıb, izləyib və vurub. Bu hədəf Şimali Koreyanın bu yaxınlarda sınaqdan keçirdiyi raketlərə oxşardır.

Bu sınaq aylar öncə planlaşdırılmışdı, Şimali Koreya iyulun 4-də qitələrarası ballistik raket buraxandan sonra əhəmiyyəti artdı.

Çevikliklə yerləşdirilə bilən THAAD sistemi atmosfer daxilində, yaxud xaricindəki ballistik raketləri vurmağa hesablanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG