Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:08

Şıx çimərliyinə giriş neçəyədir?


arxiv
arxiv

“Bizim yol” qəzeti “Şıxov”da çimərliklərə giriş neçəyədir?” sualına cavab axtarıb.

Qəzet yazır ki, bu ərazidə iki baxımsız sahədən başqa, bütün yerlər ödənişlidir,

Çiməriklərə girişin qiymətisə adambaşına 3-30 manat arasında dəyişir, masa, hovuz xidmətlərinə görə əlavə 5-10 manat arasında ödənişlər edilməlidir. Burada mürəbbəli cayın 6 manata, kababın 1 şişinin 6-8 manata, pivənin 3-4 manata satıldığı deyilir.

“Bizim yol” yazır ki, çimərlikdən doymayıb istirahət mərkəzlərinin mehmanxanalarında qalmaq istəyənlər təkcə bir gecə üçün 130 manat ödəməlidirlər, məsələn, “Ramada Hotel”də dəniz mənzərəli nömrələrdə qonaq qalmaq 200-250 manata başa gəlir. Bu qiymətəsə ancaq səhər yeməyi, hovuzdan, fitnes zaldan və çimərlikdən istifadə daxildir.

“Mehriban Əliyevanın təşəbbüsü böyük xeyriyyə hərəkatına çevrilir”

“Azərbaycan “ qəzetinin məqaləsi belə adlanır.

Müəllif yazır ki, birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı çağırışına dəstək verənlərin sayı artmaqdadır: “Bu günlərdə bu təşəbbüsə öz töhfəsini vermək məqsədilə Bakının Səbail rayonunun tikinti sahəsində fəaliyyət göstərən firma, şirkət, Mənzil Tikinti Kooperativi, ümumilikdə 20-dən çox şirkət rəhbərinin iştirakı ilə toplantı keçirilib”.

Məqalədə deyilir ki, toplantıda sahibkarlar məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi kömək göstərməyə hazır olduqlarını bəyan ediblər. Bununla bağlı bəynat da imzalayıblar.

Tədbirdə Səbail rayonu ərazisində mənzil tikintisi ilə bağlı hazırda 10-dan çox pilot layihəsinin həyata keçirildiyi, 8 ünvanda tikinti aparıldığı, digər layihələrlə bağlı isə sənədləşmə işləri getdiyi bildirilib

Azalan gəlirlər, enməyən qiymətlər

“Exo” qəzeti alıcılıq qabiliyyətindən yazır: “Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti 18% azalıb”.

“Bu gün Azərbaycan istehlak bazarında təklif tələbi üstələyir, amma alıcılıq qabiliyyətinin 18% azalmasına baxmayaraq ərzaq mallarının qiyməti aşağı salınmır və bu meyl ilin sonuna kimi davam edəcək. Şübhəsiz ki, əhalinin gəlirlərinin azalmasına ölkə iqtisadiyyatındakı durum təsir göstərir, çoxları iş yerlərini itiriblər, əhalinin digər hissəsinin əmək haqları azaldılıb”, - istehlak bazarındakı durumuqəzetə ekspert Nəriman Ağayev şərh edir.

O xatırladır ki, ilin əvvəlində ərzaq malları “əhəmiyyətli dərəcədə” -25-35 faizbahalaşıb və bu da əhalinin alıcılıq qabiliyyətinin azalmasına səbəb olub.

Ekspert deyir ki, əvvəllər ölkə vətəndaşları “qara gün” üçün vəsait toplaya bilirdlərsə, indi durum dəyişib, qazandıqları vəsatiləri bu aydan o aya güclə çatdırırlar: “Gəlirlər o qədər azalıb ki, artıq “qara gün” üçün qoymağa bir şey yoxdur, ölkə iqtisadiyyatı durğunluqdan çıxa bilmir, əmək haqqının əksər hissəsi ərzaq mallarının alınmasına gedir, ikinci yeri isə sağlamlığa aid xərclər tutur, bu gün xəstələnmək çox ağır baha başa gəlir”.

Məqalədə bu ilin 6 ayında əhalinin 13 milyard manatlıq istehlak malları aldığı deyilir ki, bu da 2016-cı il ilə müqayisədə 2% artım deməkdir və bu məbləğin 6,5 milyard manatı ərzaq, 6,4 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına xərclənib.

Ekspert: “Qiymət enməsi mövsümidir”

“Yeni Müsavat” qəzeti isə bahalıqdan yox, ucuzluqdan yazır: “Bəzi ərzaq malları ucuzlaşıb - səbəb”.

Qəzet son zamanlar bəzi ərzaq məhsullarının ucuzlaşdığını və bunların arasında yerli mövsümi məhsullarla yanaşı, xaricdən gətirilən kənd təsərrüfatı və sənaye məhsullarının olduğunu da qeyd edir. Azərbaycan ərzaq bazarı üçün “indikator rolu oynayan” “solan banan”ın qiymətinin son bir həftədə 2.70 manatdan, 1.90-2.20 manata düşdüyü deyilir.

Ekspert Vüqar Bayramova görə, bunun iki səbəbi var, birincisi, mövsümi olaraq xaricdə bu məhsulların qiymətləri ucuzlaşın. “Sözsüz ki, dünya bazarında belə məhsulların qiymətlərinin aşağı düşməsi Azərbaycana idxal edilən ərzaq məhsullarının qiymətinə də təsir göstərir”, - ekspert deyir.

Ekspertin fikrincə, qiymət enməsinə daha bir səbəb kimi son 5 ayda manatın məzənnəsinin sabit qalmasıdır və nəticədə bəzi idxalçı şirkətlər qiymətlərə yenidən baxa biliblər.

Vüqar Bayramov deyir ki, ucuzlaşma ən çox saxlama müddəti olmayan məhsullar üzrə baş verib.

Bu prosesin nə qədər uzunmüddətli olacağına gəlincə, ekspert bildirir ki, başlıca amillərdən biri manatın məzənnəsinin nə qədər sabit qalacağından asılıdır.

XS
SM
MD
LG