Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 20:56

«Azersun"un gəliri yarım milyard manat artıb


İlham Əliyev və Mehriban Əliyeva Azərsun Holdinqin şəkər zavodunun açılışında, arxiv

Azərbaycanın ən iri ərzaq məhsulları istehsalçısı və ixracatçısı olan «Azersun Holding» illik birləşdirilmiş maliyyə hesabatında gəlirlərinin 309 milyondan 822 milyon manata qalxdığını göstərir. Son bir ildə holdinqə daxil olan şirkətlərin mənfəəti 4 dəfə artıb.

Manatın sərbəst dönərli valyutalara qarşı zəifləməsi şirkətə 12 milyon manat zərər vurub. Amma bu, 2015-ci ildəkindən 3 dəfə azdır. Bununla belə, 2016-cı ildə holdinqin mənfəəti 47 milyon manata çatıb. Nəticədə qrupun bölüşdürülməmiş mənfəəti 160 milyon manatı haqlayıb. Dövlət büdcəsinə ödənilən mənfəət vergisi təxminən 13 milyon manatdır.

Şirkət il ərzində xeyli böyüyüb

Ötən il «Azersun Holding» şirkətlərinin aktivləri 22 faiz artaraq 574 milyon manatı keçib. Bunun 136 milyon manatı satılan mallara və göstərilən xidmətlərə görə yaranan borcdur.

İnvestisiya ehtiyaclarını ödəməkdən ötrü holdinq bank kreditlərindən istifadə edir. Borcun məbləği 2016-cı ildə 54 milyondan 94 milyon manata qalxıb.

Çoxsaylı zavodlar, ticarət müəssisələri...

Artıq ikinci ildir ki, «Azersun Holding» maliyyə hesabatlarını izahlı qeydlər olmadan açıqlayır. Bu səbəbdən şirkətlər qrupuna hazırda daxil olan kommersiya qurumlarının adları bəlli deyil. 2014-cü ilin hesabatında qrupa bir neçə ticarət şirkəti («Azərsun Ticarət və Dağıtım» MMC, «Qafkaz Ticarət» MMC və «Sun Food Service» MMC), ərzaq məhsulları istehsal edən şirkətlər («Bakı Qida və Yağ Fabriki» MMC, «Kürdəmir Süd Emalı Zavodu» MMC, «Azərbaycan Duz İstehsalat Birliyi» QSC, «Sun Tea Çay Fabriki» MMC, «Azərsun Kənd Təsərrüfatı Məhsulları» MMC, «Qafqaz Konserv Zavodu MMC, «Lənkəran Konserv Zavodu» ASC, «Qazax Konserv Zavodu» MMC) daxil edilmişdi. Hesabatda sənaye, ticarət, kənd təsərrüfatı, tikinti materialları istehsalı və tikinti sektoruna aid olan cəmi 20 şirkətdən söhbət açılırdı.

Buna da bax: "Azərbaycanda qoyun əti Ermənistandakından 3 dəfə bahadır"

«Azersun Holding» MMC-nin ana şirkəti Birləşmiş Ərəb Əmirliklərindəki «Intersun International Sun Group FZCO» şirkətidir. Rəsmi bilgilərə görə, holdinqə onun prezidenti Abdulbari Gözəl nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG