Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:20

"Kaspersky" ABŞ hökumətinin siyahısından çıxarılıb


arxiv

İyulun 11-də Trump administrasiyası Moskvada mənzillənən Kaspersky Lab şirkətini təsdiqlənmiş satıcılar siyahılarından çıxarıb. Hökumət agentlikləri texnologiya avadanlığı alarkən həmin siyahıya əsaslanırdılar. Administrasiya Kremlin bu kibertəhlükəsizlik firmasının məhsullarından yararlanaraq ABŞ şəbəkələrinə girə bilməsi ehtimalından narahatdır.

Kaspersky-nun Rusiya kəşfiyyat agentliklərinə yaxınlığından uzun müddətdi şübhələr varıydı. Həmin agentliklər Birləşmiş Ştatlara kiberhücumlarda ittiham olunur.

Kaspersky məhsullarının ABŞ ümumi xidmətlər administrasiyasının siyahısından çıxarılmasına səbəb informasiya texnologiya xidmətləriylə bağlı müqavilələrdir. Agentliyin sözçüsü deyib ki, məqsəd “ABŞ hökumət sistemlərinin və şəbəkələrinin bütövlüyünü və təhlükəsizliyini təmin etməkdir”.

Kaspersky-nin antivirus proqramı Birləşmiş Ştatlarda və dünyada məşhurdur və şirkət on illərdir kiberthlükəsizlik bazarında aparıcı oyunçudur. Kaspersy hökumətlə əlaqələrini təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG