Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:29

Nazirlik 34 regionda internet təminatını yaxşılaşdırır


Region məktəbində kompüter otağı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün yeni layihəyə start verib.

Bu haqda nazirliyin yaydığı məlumatda deyilir.

Nazirlik bildirir ki, məqsəd “Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurs çatışmazlığını aradan qaldırmaq, sürətli və keyfiyyətli internet xidmətlərini təmin etməkdir.

Buna da bax:​ Prezidentin yeni sərəncamı: İnternet, rəqəmsal yayımda və s. yeniliklər olacaq

Layihə çərçivəsində şəbəkə infrastrukturunun yenilənəcəyi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılacağı deyilir.

Artıq Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsuda test işlərinin aparıldığı, nəticəyə uyğun olaraq yeni avadanlıqların quraşdırılmasına başlanıldığı bildirilir.

Layihə üzrə hazırda respublikanın 34 regionunda işə başlanılıb.

Buna da bax:​ Kompütersiz kompüter dərsləri...

Nazirlik qeyd edir ki, yeni avadanlıqların quraşdırılmasıyla bağlı internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər, ancaq problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG