Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:36

Azərbaycan atəşkəsin 133 dəfə pozulduğunu bildirir


Qarabağ, arxiv

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 133 dəfə pozublar.

Ağstafa, Qazax, Tovuz rayonlarının bəzi kəndlərinin, Azərbaycan ordusunun Gədəbəy, Tərtər, Xocavənd, Füzuli, Cəbrayıl, Goranboy rayonlarındakı mövqelərinin atəşə tutulduğu deyilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG