Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 19:23

Mövsüm Səmədovun vəsatətləri rədd edildi


Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi vəkillərin vəsatətlərinin hakim Vüqar Məmmədov tərəfindən rədd edilməsiylə başlayıb.

Qaradağ rayon Məhkəməsi bu ilin mayında M.Səmədovun hazırda cəza çəkdiyi 12 Saylı Cəzaçəkmə Müəssisəsindən Qobustandakı qapalı həbsxanaya köçürülməsinə qərar verib. İlahiyyatçının vəkilləri Bakı Apellyasiya Məhkəməsində həmin qərarı mübahisələndiriblər.

Qapalı keçirilən məhkəmə prosesində baş verənlər haqda vəkil Yalçın İmanov bilgi verib.

Vəkillər apellyasiya şikayətinə əlavə sübutların tələb olunması barədə vəsatət veriblər. Müdafiə tərəfi vəsatəti onunla əsaslandırıb ki, M.Səmədovun qapalı həbsxanaya köçürülməsi barədə rayon məhkəməsinin qərarı 4 saatlıq prosesin sonunda çıxarılıb: “Heç bir araşdırma aparılmayıb, istintaqa verilən şahid ifadələri alınmayıb. Qərar 16 səhifəlik işə 10 dəqiqəlik baxış keçirilməklə çıxarılıb ki, bu da obyektiv araşdırmann aparılmamasının ifadəsidi”.

Ancaq məhkəmə vəsatəti rədd edib.

Vəkillərin şikayətə qismən məhkəmə istintaqının aparılması ilə baxılması barədə vəsatəti də rədd edilib.

Vəkilin, məhkum edilmiş şəxsin çıxış edəcəyi növbəti məhkəmə iclası iyulun 17-nə təyin edilib.

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlama, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı qapalı həbsxanaya köçürülüb. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

O, 2016-cı il noyabrın 28-də 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Elə həmin gün də 15 günlük cərimə kamerasına (kars) salınıb. Ardınca müəssisə rəhbərliyi onun yenidən Qobustandakı qapalı həbsxanaya göndərilməsi barədə təqdimat verib. Qaradağ Məhkəməsi həmin təqdimatı təmin edib.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, Konstitusiyaya dəyişikliklərə etiraz olaraq Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG