Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:12

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi Azərbaycana gətirilib. Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların ölkəyə gətirilməsi davam edir.

İki ölkə arasındakı razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin alındığı bildirilir: “Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbəylə məhv edilməsi üçün nəzərdə tutulub”.

Məlumata görə, eşalonlaşdırılan sursatlar cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

Son illər Azərbaycanın Rusiyadan aldığı silah-sursatın milyardlarla manat dəyərində olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG