Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 07:14

Suriyanın cənubqərbində Birləşmiş Ştatlar və Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs birinci gün pozulmayıb.

Britaniyada mənzillənən Suriya İnsan Haqları təşkilatı iyulun 9-da bildirib ki, atəşkəs yeri vaxtla günortadan qüvvəyə minəndən, kiçik pozuntulara baxmayaraq, “sakitlik hökm sürüb”.

ABŞ, Rusiya və İordaniya rəsmilərinin əldə etdiyi de-eskalasiya razılaşmasının məqsədi Suriya prezidenti Bashar al-Assad-la ABŞ-ın dəstəklədiyi antihökumət qüvvələrini ayırmaqdır. Atəşkəs ölkənin cənub-qərbində İordaniyayla sərhəddə yerləşən bölgələrə aiddir.

ABŞ-ın dəstəklədiyi üsyançı qrupların Cənub Cəbhəsinin sözçüsü Issam al Rayes deyib ki, bütün gecəni “sakitlik” olub.

ABŞ prezidenti Donald Trump da iyulun 9-da atəşkəsə əməl olunduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG