Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:33

Türkiyədə 11 milyard dollarlıq vəsait müsadirə olunub


Türkiyə arxiv
Türkiyə arxiv

Türkiyədə ötən ilki çevriliş cəhdindən sonra hökumət minə yaxın şirkətin azı 11 milyard dollarlıq vəsaitini müsadirə edib. Hökumət 46 min 357 işçisi olan 965 şirkəti ya ələ keçirib, ya da oraya inzibatçı təyin edib. Həmin şirkətlərin ötən iyuldakı çevriliş cəhdinin arxasında durduğu bildirilən, ABŞ-da yaşayan Fethullah Gulen-lə əlaqəli olduğu iddia edilir.

The Financial Times” qəzeti rəqəmləri baş nazirin müavini Nurettin Canikli-yə istinadla yayıb.

Şirkətlərin tutulması hələ çevriliş cəhdindən öncə başlayıb, ancaq uğursuz çevriliş cəhdindən sonra artıb. Prezident Recep Tayyip Erdogan fövqəladə vəziyyət elan edib, Gulen-lə əlaqələri olmaqda şübhəli bilinən 140 mindən çox adam ya saxlanıb, ya da işdən çıxarılıb. Onların içində hərbçilər, müəllimlər və akademiklər var.

HƏRRACA ÇIXARILACAQ

Bu kampaniya və hakimiyyətin şirkətləri hədəfə alması investorları vəlvələyə salıb, ölkə iqtisadiyyatında geriləmə yaradıb.
Hökumətin daha öncə bildirməsinə görə, şirkətlərin müsadirə olunmuş sərvətləri Əmanətlərin Sığortalanması Fondunda saxlanır və hərraca çıxarılacaq. Ankaranın iddiasına görə, bütün bunlar Gulen-çilərin iqtisadiyyata və dövlətə necə müdaxilə etdiyini göstərir.

“The Financial Times” yazır ki, hədəfə alınan şirkətlərin çoxu sərvətini Gulen-lə Erdogan nə vaxtsa müttəfiq olanda toplayıb. Prezidentin Ədalət və İnkişaf Partiyası (AKP) 2003-cü ildə hakimiyyətə gələndə dünyəvi elitanın nüfuzunun önlənməsindən ötrü Gulençilərlə işlədi. Həmin alyans Boydak Holding kimi nəhəng biznes konqlomeratları və Bank Asya kimi kreditor ortaya çıxardı. İndisə təhqiqatçılar Gulen-lə birlikdə hərəkət etdiyini iddia etdikləri adamların müəyyənləşdirilməsi üçün diqqəti bu qurumlara yönəldirlər. Hazırda həmin şirkətləri hökumətin qoyduğu şəxslər idarə edir, çünki sahibləri ya həbsə atılıb, ya da xaricdədir

6 MİLYARD DOLLARLIQ GƏLİR

Fövqəladə vəziyyət o deməkdir ki, biznes sahibləri Erdogan-ın qərarlarına qarşı məhkəmə iddiaları qaldıra bilməzlər. Şirkət sahiblərindən biri baş verənləri sərvətin məcburi transferi adlandırmışdı.

Müsadirədən öncə şirkətlərin cəmi gəlirləri 6 milyard dollar civarında olub.

Bu arada Amnesty International hüquq-müdafiə təşkilatı Türkiyə direktoru Idil Eser və daha yeddi insan haqları fəalının həbsini pisləyib. Onların da silahlı terror qrupuna üzvlüyü araşdırılır.

“Idil Eser və digərlərinə ittihamların absurdluğu Türkiyədə aparıcı vətəndaş cəmiyyəti qurumlarına hücumun əsl təhlükəsini ört-basdır edə bilməz”, – Amnesty International-ın baş katibi Salil Shetty deyib.

“Onların ənənəvi seminar zamanı saxlanması lap pisdir: yəni bu şəxslərin silahlı terrorçu təşkilata üzvlüyünün təhqiq olunması heç bir çərçivəyə sığmır”, – Shetty vurğulayıb.

XS
SM
MD
LG