Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 09:26

Qətər deyir ki, boykota dözməyə 340 milyard dolları var


arxiv

Qətərin mərkəzi bankı bildirir ki, ərəb ölkələrinin və qonşularının boykotunun təsirini önləməyə 340 milyard dolları var.

Mərkəzi Bankın rəhbəri Sheikh Abdullah Bin Saoud al-Thani CNBC-yə iyulun 10-da yayımlanmış müsahibəsində bildirib ki, bu, “sistemimizin etibarlılığını” göstərir.

“İstənilən sarsıntını önləməyə yetərincə nağd pulumuz var”, – o deyib.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirilikləri və Misir Qətərlə diplomatik və səyahət əlaqələrini kəsib. Onlar Dohanın islamçı ekstremistlərə dəstək göstərdiyini deyirlər, onun İranla əlaqə saxlamasını da istəmirlər.

Bu dörd ölkə Qətərə 13 tələb irəli sürüb və onu əlavə sanksiyalarla hədələyib.

Qətərsə iddiaları rədd edib.

Al-Thani də ölkəsinin maliyyə sisteminin ekstremistlərlə hər hansı əlaqəsi olmasını “yalan” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG