ABŞ Dövlət kativi Rex Tillerson Ukraynaya rəsmi səfərə gedib.
O, iyulun 9-da Kiyevdə Ukrayna prezidenti Pertro Poroshenko ilə görüşür.
Görüşdə Ukraynadakı iqtisadi və siyasi islahatların gedişi müzakirə olunmalıdır.
Ukraynanın şərqindəki münaqişəyə isə xüsusi diqqət ayrılacaq.
Tillersonu səfər zamanı ABŞ-ın bu yaxınlarda təyin edilmiş Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker müşaiyət edir.
O, Donbasda sülhə nail olmaq üçün Vaşinqtonun səylərini koordinasiya edəcək.
Qeyd edək ki, 2014-cü ildən Ukraynanın şəqrində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında döyüş gedir.
Bu müddət ərzində 9 mindən çox adamın öldüyü bildirilir.
Atəşkəsə baxmayaraq tərəflər vaxtaşırı bir birini bu rejimi pozmaqda günahlandırırlar.
Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.
Moskva ittihamı rədd edir.