Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:49

ABŞ 4 ölkəyə 630 milyon dollar ayırıb


Yəmən (arxiv fotosu)

Birləşmiş Ştatlar Yəmən, Somali, Cənubi SudanNigeriyaya 630 milyon dollardan çox yardım ayırıb.

Bu haqda məlumat prezident Donald Trump Almaniyada Böyük 20-liyin (G20) sammitində iştirak etdiyi bir vaxtda verilib.

Birləşmiş Ştatlar dünyanın ən böyük humanitar donorudur, ancaq Trump-ın xarici yardımları 30 faizdən çox kəsməyi təklif etməsi narazılıq yaratmışdı.

Buna da bax:​ Merkel sammiti Hamburgda keçirmək qərarına haqq qazandırır

BMT-nin hesablamalarına görə, həmin 4 ölkədə 30 milyondan çox adama təcili ərzaq yardımı lazımdır. Bu maliyyə ilində ABŞ-ın həmin ölkələrə humanitar yardımı 1,8 milyard dolları keçib. Bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi bildirib.

Yəmən, Somali, Cənubi Sudan və Nigeriyada on milyonlarla adam aclıqla içindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG