Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:38

Merkel sammiti Hamburgda keçirmək qərarına haqq qazandırır


Hamburg. Sammitin keçirildiyi Elbphilharmonie ilə üzbəüz antiqlobalist fəalların aksiyası, 4 iyul, 2017

Almaniya kansleri Angela Merkel Böyük 20-liyin (G20) sammitini sıx məskunlaşmış Hamburg şəhərində keçirmək qərarını müdafiə edib. Daha öncə kansler sammitə qarşı zorakı nümayişləri pisləmişdi.

O, iyulun 8-də mətbuat konfransında deyib ki, logistic baxımdan, bu böyük toplantı Hamburq kimi böyük şəhərdə keçirilməliydi. Merkel şəhərin “hotel tutumunu”, ölkənin ən böyük limanı kimi simvolik ticari statusunu əsas gətirib. O, sammitə qarşı nümayişlərdə zərər görmüş mülkiyyətə görə hökumətin kompensasiya ödəyəcəyini deyib.

Buna da bax:​ G20 liderləri Beethoven-in 9-cu simfoniyasına qulaq asarkən...

“G20 sammiti zamanı polisin üzləşdiyi zorakılıq və qəddarlığı ən güclü şəkildə pisləyirəm”, – Merkel jurnalistlərə deyib.

Almaniya hakimiyyəti nümayişlər zamanı azı 213 polis əməkdaşının yaralandığını bildirir. İki gün ərzində xəsarət almış etirazçıların sayı bəlli deyil. Onlarla adam saxlanıb, azı 23 nəfərə ittiham verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG