Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:36

Kılıçdaroğlu 'Ədalət' yürüşündə çıxış edəcək


Kemal Kılıçdaroğlunun bir aylıq “ədalət” yürüşünün sonunda çıxış edəcəyi gözlənir. Ankara, 15 iyun, 2017

İyulun 9-da Türkiyədə müxalifət lideri Kemal Kılıçdaroğlunun bir aylıq “ədalət” yürüşünün sonunda çıxış edəcəyi gözlənir. Bir ay ərzində bir neçə min etirazçı Ankaradan İstanbula doğru yürüyüb.

Dünyəvi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri iyulun 8-də deyib ki, bu yürüşü ölkənin məhkəmə sistemindəki “böyük ədalətsizliklər və qanunsuzluqlara” işıq salmaq üçün təşkil edib.

Buna da bax:​ Kemal Kilicdaroglu ve Bahceli

“Mən niyə yürüyürəm? Bu 450 kilometrlik yürüşün bir məqsədi var: Ədalət”, – Kılıçdaroğlu deyib.

İyunun 15-də Ankaradan başlanan yürüş CHP-dən olan deputatın həbsinə və prezident Recep Tayyip Erdoğanın siyasətinə etiraz olaraq təşkil edilib.

İstanbulun Beşiktas rayonunun meri və Kılıçdaroğlunun tərəfdarı Murat Hazinedar deyib ki, “vətəndaş müqavimətindən başqa yol yoxdur. Bu xəbərdarlıqdır”.

Buna da bax: Türkiyəni ABŞ-ın orbitində necə saxlamalı

Ötən ilki uğursuz çevriliş cəhdindən sonra 50 min nəfər həbs olunub, 100 min nəfər işdən çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG