Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 14:24

"Böyük 20-lər" Hamburq sammitində kompramisə gəldilər


Angela Merkel

“Böyük 20-lər” ölkələrinin Hamburqda keçirilən sammitində iqlim dəyişikliyi və beynəlxalq ticarətlə bağlı kompramis əldə edilib.

Almaniya kansleri Angela Merkel sammitin yekun mətbuat konfransında bildirib ki, iştirakçılar bazarların açıqlığı və proteksionizmlə mübarizə sahəsində razılığa gəliblər.

Həmçinin ABŞ-ın iqlimlə bağlı Paris müqaviləsindən çıxmasından aslı olmayaraq həmin sənədin tezliklə qüvvəyə minməsi barədə razılıq əldə olunub.

Sammit iştirakçıları şənbə günü toplantı çərçivəsində ayrıca görüşlər də keçiriblər.

ABŞ prezidenti Donald Trum Çin lideri Si Cinpinglə görüşdə bir daha Pekini, nüvə və raket proqramını dondurmaq üçün Şimali Koreyaya təzyiqləri davam etdirməyə çağırıb.

Donald Trump bundan əvvəl hümanitar proqramlara 639 milyon dollar yardım vəd edib.

Bu vəsaitin yarıdan çoxu Simali, Cənubi Sudan, Nigeriya və Yəmənə ərzaq yardımına sərf olunacaq.

Bu barədə Reuters agentliyinə BMT-nin ərzaq proqramının icraçı direktoru Devid Bisli məlumat verib.

O bildirib ki, dünya hazırda İkinci dünya müharibəsindən bu yana ən kəskin hümanitar böhran dövrünü yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG