Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 00:14

Müdafiə naziri cəbhə xəttinə gedib


Zakir Həsənov hərbçilərlə

Müdafiə naziri Zakir Həsənov iyulun 8-də Azərbaycan və Ermənistanın silahlı qüvvələrinin təmas xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri və qisimlərinin qarşılıqlı əlaqədə fəailiyyəti bir daha öyrənilib.

Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan müdafiə nazirinin şəxsi heyət, döyüş texnikalarının hazırlığı və tətbiqi məsələləri ilə maraqlandığı bildirilir.

Müdafiə naziri iyulun 4-də Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğu yerə baxış keçirib. Sakinlərlə görüşdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Azərbaycan tərəf iyulun 4-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində iki dinc sakinin ölməsi, bir nəfərin yaralanması haqda məlumat yayıb. Bundan sonra tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir. Beynəlxalq qurumlar tərəfləri münaqişəni danışıqlar masası arxasında həll etməyə çağırırrlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG