Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 12:57

Büdcəyə vergi daxilolmaları artıb


Azərbaycan manatı

Vergilər Nazirliyi yanvar-iyun aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqlarının tam həcmdə icra olunduğunu bildirir.

Nazirliyin məlumatına görə, bu ilin ilk 6 ayında vergi ödəyiciləri dövlət büdcəsinə 3 mlrd. 352 mln. 375,58 min manat vəsait ödəyiblər.

Eyni zamanda, proqnoz tapşırığına 102,5% əməl olunduğunu deyilir.

Qeyd olunan müddətdə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə də artıb.

2016-cı ilin ilk 6 ayında büdcəyə vergi daxilolmalarının ümumi məbləği 3 milyard 190 milyon 139,33 min manat olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG