Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:21

“4 ay ərzində 275 yeni doğulmuş uşaq üzərində skrininq (profilaktik müayinə) aparılıb, 85 uşaqda ürək-damar çatışmazlığı, 30 uşaqda isə anadangəlmə ürək qüsuru aşkarlanıb”.

Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bunu Nazirliyin kollegiya iclasında deyib.

Buna da bax:​ Körpələrin ağrısını ölçməyin üsulu tapılıb

Profilaktik müayinə Səhiyyə Nazirliyinin Rostropoviç Fondu ilə birgə həyata keçirdiyi proqram çərçivəsində pilot müəssisə kimi Respublika Perinatal Mərkəzində aparılıb.

Komissiya sədri bildirib ki, ana ölümü göstəricisi 2007-ci illə müqayisədə 2016-cı ildə 35,5 promilledən 13,8 promilleyədək azalıb, tənəffüs pozulma sindromundan ölüm səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq, 2015-ci ildə 10,9 faiz, 2016-cı ildə 8,4 faiz təşkil edib”.

Buna da bax:​ 'İki il əvvəl hamının danışdığı dörd körpəm aclıq çəkir'

S. Məmmədova qeyd edib ki, 2016-cı ildə əvəzedici surfaktant terapiyanın və yeni respirator dəstək texnologiyaların geniş tətbiqiylə ekstremal az çəkili 295 yeni doğulmuşdan 135-ni xilas etmək mümkün olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG