Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:19

ABŞ Alyaskada raket sınaqdan keçirəcək


Cənubi Koreyada yerləşdirilmiş THAAD sistemi

ABŞ Raketdən Müdafiə Agentliyi iyulun 7-də bildirib ki, bir neçə günə antiballistik raket sistemini sınaqdan keçirəcək. Bu, Şimali Koreyanın Alyaskanı vura biləcək raket sınağından sonraya təsadüf edir.

Sınaqdan çıxarılacaq THAAD sistemi qısa, orta və aralıq mənzilli raketləri aşkarlayıb vurmaq qabiliyyətinə malikdir.

Agentlik sınağın iyulun əvvəlində Alyaskadakı Kodiak adasında aparılacağını bildirib.

Buna da bax:​ ABŞ-la Rusiya Suriyada atəşkəs elan edirlər

THAAD sistemini Birləşmiş Ştatlar bu yaxınlarda Cənubi Koreyaya yerləşdirib və indiyədək “100 faiz uğurlu” sayılıb.

Çin və Rusiya bu sistemlərin Koreyaya yerləşdirilməsinə qarşı çıxmışdı, bunun regionda güc balansını pozduğunu deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG