Keçid linkləri

Təcili xəbərlər
2021, 10 Aprel, şənbə, Bakı vaxtı 19:01

Avropa Parlamentindən Türkiyəylə bağlı tövsiyə


AB

Avropa Parlamenti Avropa Birliyinə məsləhət görür ki, Türkiyəylə üzvlük danışıqlarını rəsmən təxirə salsın. Səbəb bu ölkədə insan haqları və hüququn aliliyi sarıdan narahatlıqların artmasıdır.

İyulun 6-da parlament 477-64 səs çoxluğuyla hesabat qəbul edib. Hesabatda Türkiyəylə danışıqların rəsmən ertələnməsi tövsiyə olunur.

Qeyd edək ki, apreldə Türkiyədə keçirilmiş referendumda təsdiqlənmiş konstitusiya dəyişiklikləri prezidentin səlahiyyətlərini gücləndirib.

Avropa Parlamenti AB-nin 28 üzv ölkəsini çağırır ki, Ankara konstitusiya islahatlarını olduğu kimi gerçəkləşdirsə, danışıqlar «yubanmadan» təxirə salınsın.

Türkiyənin AB ilə münasibətləri üzrə naziri Ömer Çelik hesabatın münasibətləri sabotaj etməyə hədəfləndiyini bildirib.

XS
SM
MD
LG