Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 11:46

Nalbandian bu ay Məmmədyarovla görüşəcəyini istisna etmir


Edward Nalbandian

Ermənistanın xarici işlər naziri Edvard Nalbandian bu ay azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini istisna eləmir.

Bu barədə iyulun 6-da Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Nalbandian parlamentin binasında jurnalistlərlə söhbət zamanı danışıqlar prosesinə alternativ olmadığını deyib.

“Ermənistan heç vaxt yüksək səviyyədə , o cümlədən nazirlər səviyyəsində görüşlərdən imtina etməyib.

Bir neçə gün əvvəl dediyim kimi, iyulda xarici işlər nazirləri səviyyəsində görüş istisna deyil” deyə Nalbandian bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də axşam saat 20:40-da Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub.

Nəticədə iki dinc sakin həlak olub. Bunlar kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü -17 aylıq-Zəhra Quliyevadır.

Müdafiə Nazirliyi «qanlı təxribat»a görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG