Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:16

Hərbi attaşelər Füzuliyə gedib


Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar2
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar

Azərbaycanda akkreditasiya olunmuş xarici media nümayəndələri, hərbi attaşelər Füzuli rayonunun Alxanlı kəndinə səfər ediblər. Səfəri Xarici İşlər və Müdafiə nazirlikləri, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti təşkil edib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 12 dövlətin 15 hərbi attaşesi Alxanlıya səfər edib. Onların arasında ABŞ, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatları var.

Onlar səfər çərçivəsində iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində həyatlarını itirmiş Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduqları yerə baxış keçirəcəklər.

XATIRLATMA

Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına görə, iyulun 4-də saat 20:40-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu zaman iki nəfər həlak olub. Bunlar kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü Zəhra Quliyevadır.

Daha bir nəfər - Sərvinaz Quliyeva yaralanıb.

Nazirlik hadisəylə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını, görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəfin susdurulduğunu bildirir.

Müdafiə Nazirliyi «qanlı təxribat»a görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG