Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:14

Kürdlər türk əsgərlərinin sərhədə yığılmasına etiraz edir


Kürd döyüşçülər Raqqada

İyulun 5-də on minlərlə etirazçı Suriyanın şimal şəhərinə yığışıb. Onlar Türkiyənin kürdlərin nəzarətində olan bu regiona hücum edə biləcəyindən narahatlıqlarını dilə gətiriblər.

Afrin küçələrinə çıxanlar Suriya Xalq Özünümüdafiə Dəstələri (YPG) bayraqlarına bürünüb, Kürdüstan İşçi Partiyasının (PKK) lideri Abdullah Ocalan-ın portretlərini qaldırıblar.

Etirazçılar «Türkiyənin müdaxiləsinə yox!» şüarı səsləndiriblər. YPG rəhbəri «Reuters» agentliyinə deyib ki, sərhədə Türkiyə hərbçilərinin toplanması müharibə elanına bərabərdir və bir neçə günə toqquşmalarla sonuclana bilər.

Son günlər tərəflər arasında artilleriya atışması baş verir.

Türkiyə YPG-ni təhlükəsizliyə hədə sayır və onun PKK-ya müttəfiq olduğunu deyir.

«Bu, müharibə elanı deyil. Potensial hədələrə qarşı hazırlığımızı görürük. Türkiyə Suriyanın şimalında YPG hərəkatını təhlükə saysa, qabaqlayıcı tədbir görəcək», – Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş «Reuters»ə deyib.

YPG Suriyada İŞİD-ə qarşı əməliyyatlarda ABŞ-ın müttəfiqidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG