Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 10:54

Volvo yanacaqla işləyən mühərrikdən imtina edəcək


Foto arxiv

İsveçin Volvo avtomobil konserni yanacaqla işləyən mühərrikdən imtina edəcək.

Şirkət artıq 2019-cu ildən elektromobil və hibrid maşınlar istehsal etməyi planlaşdırır, yanacaqla işləyən mühərriklərin yavaş-yavaş koveyrdən çıxarılacağını bildirir.

Volvo bunun vaxtını deyən ilk böyük avtomobil konsernidir.

Şirkət bunun müştərilərin təlabatı ilə bağlı olduğunu deyir.

Konsern 2025-ci ilədək azı milyon ədəd elektromobil satmağı planlaşdırır.

Volvo ilk elektromobili Çində buraxacaq.

Son illər qərb ölkələrində eloktromobillərə marağın artdığı müşahidə olunur.

Almaniyada elektrik nəqliyyatı üçün infrastruktur yaradılması məqsədi ilə artıq dövlət proqramı işə salınıb.

Berlin hakimiyyəti bu məqsədə 300 milyon avro ayırıb.

Almaniyada elektromobil alanlara subsidiya ödəniləcək.

Öz növbəsində Norveç hakimiyyəti benzin və dizellə işləyən maşınların tam qadağan edilməsini nəzərdən keçirir.

2025-ci ildə bu cür avtomobillərin dövriyyədən çıxarılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG