Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:42

Qətər ərəb ölkələrinə cavab verdi


Foto arxif

QətərSəudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin tələblərinə cavab verib.

Azadlıq Radiosunda olan məlumata görə, bu barədə iyulun 5-də bu 4 ölkənin yaydığı birgə bəyanatda bildirilir.

Bəyanatı “Əl Ərəbiyə” televiziyası yayıb.

Hələlik Qətərin cavabı açıqlanmır.

Amma Qazeta.ru və digər Rusiya mənbələrinin yazdıqlarına görə Qətər tələblərin qeyri-real olduğunu bəyan edib.

4 ərəb ölkəsi Qətərdən İranla diplomatik əlaqələrin və bu ölkədə Türkiyə hərbi bazası yaradılmasının dayandırılmasını, habelə “Əl-Cəzirə” televiziya kanalının bağlanmasını tələb edirlər.

Bu tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmiş, sonradan bu daha 2 gün uzadılmışdı.

Ərəb ölkələri əks halda Qətəri cavab tədbirləri ilə hədələyirlər.

Qeyd edək ki, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir iyunun əvvəllərində Qətərlə diplomatik münasibətləri dayandırıblar.

Onlar Dohanı terrorçuluğu himayə etmək və İranla müttəfiqlik etməkdə günahlandırırlar.

Qətər ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG