Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 06:49

452 kq-dan çox narkotik məhv edilib


Narkotiklərin məhvi

Bu ilin 5 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1386 fakt aşkar edilib.

APA-nın məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib.

Qanunsuz dövriyyədən ümumi çəkisi 461 kq olan müxtəlif növ narkotik vasitə müsadirə edilib.

İlin ilk 5 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1023 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların ikisi 18 yaşadək, 94-ü 18-25 yaşadək, 142-i 26-29, 785-i 30 yaşdan yuxarı şəxslərdir. Məsuliyyətə cəlb edilənlərin böyük əksəriyyəti – 922 nəfəri işsizdir. Yalnız 11-i fəhlə, ikisi qulluqçudur.

XS
SM
MD
LG