Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:13

Türkiyədən uçuşlara laptop qadağası qaldırılıb


İstanbuldakı Atatürk aeroportu

Türkiyədən Birləşmiş Ştatlara təyyarə uçuşlarında laptoplar və digər elektron qurğulara üçaylıq qadağa qaldırılıb.

Bu haqda Türkiyənin «Doğan» xəbər agentliyi xəbər yayıb.

Məlumata görə, iyulun 5-dən «Türk Hava Yolları» İstanbuldakı Atatürk aeroportundan Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanına uçuşa sərnişinləri elektron qurğularla birlikdə qəbul edib.

İyulun 4-də laptop qadağası Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi beynəlxalq aeroportundan ABŞ-a gerçəkləşdirdiyi uçuşlardan da götürülüb.

Hər iki halda qadağa ABŞ Daxili Təhlükəsizlik Xidmətinin Nəqliyyatda Təhlükəsizlik Administrasiyası inspektorlarının dəyərləndirməsindən sonra qaldırılıb.

Laptop qadağasını martda prezident Donald Trump administrasiyası qoymuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG