Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 18:56

Kiberpolis kiçik şirkətin serverini müsadirə edib


Kibercinayət

Ukraynada kibercinayətlər üzrə polis kiçik şirkətin serverlerini müsadirə edib. Rəsmilər qlobal kiberhücumdan sonra həmin serverdə «yeni fəaliyyət» aşkarladıqlarını deyirlər. Məlumat iyulun 5-də yayılıb.

Bu açıqlama ötən həftəki kiberhücumun arxasında duran hakerlərin yeni qarışıqlıq yaratmağa çalışdığını göstərir.

«M.E. Doc» vergi proqramları şirkətində «virusun nəzarətsiz yayılmasını dərhal dayandırmaq» məqsədiylə reyd keçirilib. Kiberpolisin sözçüsü Yulia Kvitko deyib ki, «M.E. Doc» yeni informasiya göndərməyə hazırlaşırmış.

«Ekspertlərimiz onu dərhal dayandırdılar», – o, AP agentliyinə deyib.

Ancaq hakerlərin «M.E. Doc»un serverlərinə çıxışı necə əldə etməsi aydın deyil.

Şirkət təhlükəsizliyinin zəifliyinin virusun yayılmasından rol oynamasına dair iddiaları rədd edib.

XS
SM
MD
LG