Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 13:01

2246 məsciddən 727-i qeydiyyata alınıb


Qusarda məscid

“Ölkə ərazisində 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə 2246 məscid mövcuddur. 727 məscidin dini icması Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçib".

İyulun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı son 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında belə deyib.

Buna da bax: Prezident icra başçısını məscidə görə cəzalandırdı (Video)

“Report”-un verdiyi məlumata görə, Səyyad Salahlı yarım ildə qeydiyyata alınan dini qurumların ümumi sayı 767-yə çatdırılıb, o cümlədən 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınıb.

Onun sözlərinə görə, indiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 739-u İslam, 28-i qeyri-islam təmayüllüdür.

Buna da bax: Azərbaycanda 767-ci dini icma qeydiyyata alınıb

Komitə sədrinin müavini diqqətə çatdırıb ki, son 6 ayda 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, “dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən” 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 139 adda dini ədəbiyyatdan yalnız 3-nün çapı məqsədəuyğun sayılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG