Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 19:49

Sabah 27 minə yaxın məzun imtahan verəcək


İmtahan (arxiv fotosu)

Sabah, iyulun 5-də Azərbaycanda 27 minə yaxın məzun imtahan verəcək.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda keçiriləcək.

Buna da bax:​ Hökumət 300-400 bal toplayanlarla nə etmək istəyir? [video]

İyulun 5-də beşinci ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və kolleclərə sənəd vermiş 17 928 nəfər əvvəlki illərin məzunları imtahan verəcək.

Bundan başqa, orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki illərin məzunu olan 4886 nəfər da imtahana qatılacaq.

Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan 914 nəfər 9-cu, 2981 nəfər isə 11-ci sinif şagirdi də eyni gündə biliyini yoxlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG