Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 07:17

İyulun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişməz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 21-25, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacaq.

Amma nazirlik xəbərdarlıq edir ki, iyulun 5-i günün ikinci yarısından sonra iyulun 8-i səhər saatlarınadək Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı düşəcək.

Azərbaycanın bölgələrində gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı təxmin edilir.

İyulun 5-i gündüz saatlarından iyulun 8-i səhərədək bəzi rayonlarda şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə iyulun 7-8-də 4-7 dərəcə aşağı enəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG