Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:36

İran Azərbaycana hava reysləri açmaq istəyir


Tehran aeroportu

«İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlıyıq».

İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zahra Ahmadipour bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə deyib.

Xəbəri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yayıb.

İran rəsmisi qeyd edib ki, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.

Ə.Qarayevsə hər iki ölkədəki turist firmalarının birgə müəssisə yaratmalarını və qarşılıqlı turist səfərlərini təşkil etmələrini zəruri saydığını söyləyib. Onun sözlərinə görə, bu firmalar turistləri qruplara ayıraraq ziyarət, səhiyyə, macəra turizmini təşkil etməlidirlər.

Bugünlərdə İranda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət günləri bir həftə - iyulun 3-dən 9-dək davam edəcək. Bununla bağlı İrana səfər etmiş nümayəndə heyətinə Mədəniyyət və Turizm naziri Ə.Qarayev rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG