Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 00:02

Birləşmiş Ştatların Suriyada dəstəklədiyi qüvvələr Raqqada Köhnə Şəhərin ətrafındakı hasarı yarıblar. Hazırda şəhərin «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasından alınması üçün əməliyyat aparılır.

«Koalisiya qüvvələrinin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Rafiqah Divarında iki kiçik yarıq açaraq, Raqqanın güclü qorunan hissəsinə doğru irəliləyirlər», – ABŞ Mərkəzi Komandanlığı iyulun 3-də bildirib.

Məlumata görə, SDF divarda İŞİD yaraqlılarının sərt müqavimətiylə üzləşib. Onlar qüvvələrin irəliləməsini önləməkdən ötrü minalar basdırıb, əldəqayırma partlayıcılardan istifadə ediblər.

Komandanlıq bildirir ki, divarın iki kiçik hissəsinə zərbələr endirilib, SDF və mülki şəxslər arasında itkilər önlənib, divarın daha böyük hissəsi qorunub.

«Zərbə endirilən hissələr 25 metrlikdir və 2 min 500 metrlik divarın qalan hissəsi mühafizə olunacaq», – komandanlıq qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG