Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:51

Şimali Koreya daha bir ballistik raket buraxıb


Ş.Koreya raketi

İyulun 4-də Şimali Koreya daha bir ballistik raket buraxıb. Raket 40 dəqiqə, təxminən 600 mil məsafə qət edəndən sonra Yapon dənizinə, Yaponiyanın eksklüziv iqtisadi zonası yaxınlığına düşüb. Məlumatı Cənubi Koreya ordusu yayıb.

Yaponiya buna kəskin etirazını bildirib və BMT-nin qətnamələrinin açıq-aşkar pozduğunu deyib.

Raket Pxenyanın şimal-qərbindəki aerodromdan buraxılıb. ABŞ rəsmiləri raketin uzaqmənzilli deyil, ortamənzilli olduğunu qeyd edir.

Pxenyan iyunun əvvəlində bir neçə raket buraxmışdı. Ancaq bugünkü Böyük 20-lik ölkələrinin Almaniyanın Hamburq şəhərində gözlənən toplantısından öncəyə təsadüf edir.

Üstəlik, iyulun 4-də ABŞ-da Müstəqillik günü bayram edilir. Şimali Koreya daha öncə də bu bayram ərəfəsində raket buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG