Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:30

Vergi şirkəti kiberhücum ittihamlarıyla üzləşir


Haker hücum

Ukraynada kiçik vergi proqramı şirkətinə ötən həftə dünyadakı böyük kiberhücuma görə ittihamlar irəli sürülə bilər. Şirkətin özünü günahsız saydığı həmin hücumda dünyanın ayrı-ayrı yerlərində kompüter sistemləri çökmüşdü.

İyulun 3-də Ukrayna Kiberpolisinin rəhbəri, polkovnik Serhiy Demydiuk mediaya deyib ki, Kiyevdə mənzillənən «M.E. Doc» şirkətinin əməkdaşları informasiya texnologiyası infrastrukturunun təhlükəsiz olmaması barədə dəfələrlə edilən xəbərdarlığı qulaqardına vurublar.

«Bunu bilirdilər. Müxtəlif antivirus şirkətləri onlara dəfələrlə bu barədə deyiblər. Bu etinasızlığa görə cinayət məsuliyyətinə cəlb olunacaqlar», – o, AP agentliyinə deyib.

Ancaq şirkət rəhbəri Olesya Linnik və atası Serhiy «Reuters»ə bildiriblər ki, «M.E.Doc» virusun yayılmasına görə məsuliyyət daşımır və onlara qarşı ittihamları anlamırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG