Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:30

ANAMA: 'Cocuq Mərcanlı minalardan təmizlənib'


Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatlarını başa çatdırıb.

Bu haqda ANAMA-nın məlumatında bildirilir.

Qurum 126 gündə bu kənddə 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirildiyi deyilir.

Baxış zamanı 138 901 ədəd qəlpə, 74 ədəd partlamamış hərbi sursat, 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığının və yüzlərlə digər partlayıcı maddənin tapılıb zərərsizləşdirildiyi bildirilir.

Buna da bax:​ Vaqif Bayatlı Odər: 'İşıq istəyənləri həbs etmək ona bənzəyir ki, ...'

Minatəmizləmə əməliyyatları nəticəsində 2 983 738 kv/m (298.37 ha) ərazi tam təmizlənib.

Agentlik bildirir ki, 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan yer, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənib.

XATIRLATMA

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib. Ancaq uzun müddət bu kənddə yaşamaq təhlükəli sayılıb. 2016-ci il aprel döyüşlərində Azərbaycan ordusu Lələtəpə yüksəkliyini azad etdikdən sonra bu təhlükənin aradan qalxdığı açıqlanıb.

Buna da bax: Cocuq Mərcanlıya əlavə 9 milyon ayrılıb

Prezident İlham Əliyev bu il yanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon, kəndin yol çəkilişindən ötrü isə 4.3 milyon manat ayrılıb.

Prezidentin iyunun 15-də imzaladığı sərəncama görə, həmin kənddə bərpa işlərinin davam etdirilməsi məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılacaq. Kənddə 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG