Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 01:51

Günəşlidə çökmə - bir neçə ev deformasiyaya məruz qalıb


Yeni Günəşli qəsəbəsi (arxiv fotosu)

Yeni Günəşli qəsəbəsində çökmə baş verib, yaxınlıqdakı bir neçə ev ziyan görüb.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya məlumat verib.

Buna da bax:​ Sürüşdükcə yaxınlaşan evlər

Onun sözlərinə görə, çökmə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindəki Günəşli yaylasında baş verib.

Çökmə sahəsində ərazidən keçən tektonik qırılma xəttinin (Zığ-Qum adası-Makarov bankası) təsirindən dik yamac istiqamətində qrunt oturub, torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb.

Buna da bax:​ Sadatlı sakinləri: 'Sürüşmə faciələrə səbəb ola bilər'

Ə. Qaralovun sözlərinə görə, Bakıdakı çökmə, sürüşmə potensiallı zonalarda aktivlik müşahidə edilməkdədir. Aktivlik Zığ-1, Masazır qəsəbəsi M. İbrahimov küçəsi boyunca uçqun prosesinin dinamikasında və “Zəli gölü” adlanan ərazidə qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG