Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 15:11

Bakıda 7 nəfəri gün vurub


Günvurma. Foto illüstrasiya

Bu il yay mövsümü başlayandan, yəni iyunun 21-dən bu günə qədər Bakıda 7 nəfəri gün vurub.

Bunu «Report»a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O bildirib ki, gün vuranlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.

Baş həkim vətəndaşlara günvurmadan qorunmaq məqsədilə günorta vaxtlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi tövsiyə edib:

«Hətta yüngül dərəcəli günvurma hallarında belə, vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur».

Günün bütün mövzuları

XS
SM
MD
LG