Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 19:03

Atəşkəslə bağlı 3 iyul açıqlaması


Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 124 dəfə pozublar.

Bu zaman 60 və 82 millimetrlik minaatanlardan (24 mərmi) istifadə edildiyi vurğulanır.

Məlumatda Ermənistan tərəfdən Qazaxın Kəmərli, Qaymaqlı, Fərəhli, Tovuzun Ağdam və Ağbulaq kəndlərinin, eləcə də Azərbaycan ordusunun Gədəbəy, Tərtər və Xocavənd, Füzuli, Goranboy rayonlarındakı Azərbaycan ordusunun mövqelərinin vurulduğu deyilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG