Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:12

Raqqaya cənub tərəfdən girə biliblər


ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF)

ABŞ-ın dəstəklədiyi Suriya ərəb-kürd alyansı Raqqa şəhərinə cənub ətəyindən daxil olublar. Məqsəd «İslam Dövləti» (İŞİD) ekstremistlərini özlərinin paytaxtı elan etdikləri bu şəhərdən çıxarmaqdır.

Suriya Demokratik Qüvvələri (SDF) Fərat çayını keçərək Raqqaya girib. Məlumatı iyulun 2-də Böyük Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı yayıb.

İLK DƏFƏ ŞƏHƏRİN CƏNUBUNA GİRİBLƏR

«Bu gün onlar ilk dəfə olaraq Raqqanın cənubuna girib və əl-Hal bazarını tutub», – qurumun rəhbəri Rami Abdel Rahman deyib.

Onun sözlərinə görə, SDF döyüşçüləri Fərat çayı boyunca şimala doğru irəliləyib, digərləri əl-Hal üzərinə yeriyiblər.

SDF bir neçə aydır Raqqadakı İŞİD döyüşçülərini mühasirəyə almağa çalışır. Ötən ay onlar şərq və qərb tərəflərdən şəhərə daxil olmuşdular.

Ərəb-kürd alyansı iyulun 2-də bildirib ki, qərb və şərq cəbhələrini möhkəmləndirməkdən ötrü əlavə 1000 döyüşçü onlara qoşulub. Fəalların yaydığı videoda döyüşə gedən maşın karvanı göstərilir.

İŞİD Suriyada ağır texnika ilə parad keçirir
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

İnsan haqları təşkilatı bildirir ki, iyulun 2-də ABŞ koalisiyasının Raqqanın qərbindəki əl-Daraiya bölgəsinə endirdiyi hava zərbələrində 4-ü qadın və 5-i uşaq olmaqla, 11 dinc sakin öldürülüb.

200-DƏN ÇOX DİNC SAKİN ÖLÜB

Ötən bir ay ərzində Raqqaya koalisiyanın hava zərbələrində 200-dən çox dinc sakinin həlak olduğu bildirilir.

Raqqanın azad olunması İŞİD yaraqlılarına böyük zərbə olacaq. İŞİD 2014-cü ildə Suriya və İraqda böyük əraziləri tutaraq «islam xilafəti» elan edib.

İŞİD çoxsaylı qəddarlıqlarda ittiham olunur. İctimai şəkildə qətllər, baş kəsmələrin çoxu Raqqada həyata keçirilib. Qruplaşmanın digər ölkələrdə gerçəkləşdirdiyi terror hücumlarının əsasən bu şəhərdə planlaşdırıldığı bildirilir.

Suriyada altı ildir vətəndaş müharibəsi gedir. ABŞ hökumətə qarşı çıxan üsyançıları, Rusiya və İransa prezident Bashar al-Assad-ı dəstəkləyir.

Bu arada ABŞ-ın dəstəklədiyi İraq qüvvələri Mosul şəhərini İŞİD-dən tam azad etməyə hazırlaşır. Burada artıq bir neçə aydır döyüşlər gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG