Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:37

Suriya pulu Assad-ın şəkliylə çıxıb


Suriya funtu

Suriya prezidenti Bashar al-Assad-ın fotosu ilk dəfə olaraq milli pulun üstünə vurulub. İyulun 2-də 2000 funtluq (3.90 dollar) banknotlar prezidentin şəkliylə çıxıb.

Milli Bankın rəhbəri Duraid Durgham deyib ki, banknot illər öncə çap olunub, ancaq müharibə şəraiti və məzənnə tərəddüdləri ucbatından təqdimatı yubanıb.

İndiyədək Suriya pulunun üzərində yalnız tarixi təsvirlər və prezidentin atası, ölkənin əvvəlki lideri Hafez Assad-ın fotoları yer alırdı. Hafez Assad 2000-ci ildə dünyasını dəyişib.

Suriyada altı ildir vətəndaş müharibəsi gedir və ölkə valyutası böyük inflyasiyaya məruz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG