Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 05:37

İraqlılar Mosulun azad olunmasına hazırlaşırlar


Böyük ən-Nuri Məscidi. 30 iyun 2017

İraqlılar Mosul şəhərinin «İslam Dövləti» (İŞİD) ekstremistlərindən azad olunmasını bayram etməyə hazırlaşırlar. Yaraqların əlində artıq bir neçə rayon qalıb.

İyulun 2-də ABŞ-ın dəstəklədiyi İraq əsgərləri Köhnə Şəhərdə dağıdılmış binalar üzərinə ağ bayraqlar və İraq bayraqları sancıblar. Böyük ən-Nuri Məscidinin dağılmış minarəsi üzərində də bayraq dalğalanır. Ekstremistlər həmin «qozbel minarə»ni partlatmışdılar.

İraq hökuməti bildirib ki, Mosulun azad olunması münasibətilə birhəftəlik bayram tədbirləri planlaşdırılır.

Qələbəni rəsmən baş nazir Haider al-Abadi-nin Mosula gələrək elan edəcəyi gözlənir.

Briqada generalı Nabil al-Fatlawi deyib ki, Köhnə Şəhər hələ tam azad olunmayıb.

«Təxminən 300 döyüşçü qalıb, çoxu avropalı, ərəb və digər millətlərdir», – o, ekstremistlər barədə bunları danışıb.

Mosulun azad olunması yaraqlılara böyük zərbə sayılır. İŞİD 2014-cü ildə İraqda və Suriyada böyük ərazilər ələ keçirib.

İŞİD Mosuldan qərbdə və cənubda da ərazilərə nəzarət edir. Həmin yerlərdə on minlərlə dinc sakinin qaldığı bildirilir.

Suriyada isə ABŞ-ın dəstəklədiyi qüvvələr İŞİD-in paytaxt elan etdiyi Raqqanı mühasirəyə salmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG