Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 02:23

Israilin həbsdə olan keçmiş baş naziri Ehud Olmert vaxtındanəvvəl azadlığa çıxıb.

Korrupsiya ittihamı ilə 27 aylıq həbs cəzasına məhkum edilmiş Olmert cəzasının 16 ay yarımını çəkdikdən sonra azadlığa buraxılıb.

Amma o,cəzanın sonunadək ayda iki dəfə polisə getməli, həmçinin könüllü təşkilatlarda çalışmalıdır.

Olmert İsrailin tarixində həbsxanaya düşən ilk baş nazirdir.

O, Qüdsdə yaşayış evinin tikilməsinə görə rüşvət almaqda təqsirli bilinib.

Olmert 2006-2008-ci illərdə baş nazir olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG